11 Aprel 2024, 17:09
FUTBOL
Hücumçu Kinqsli Koman bu yay "Bavariya"nı tərk edə bilər.
Matc.az xəbər verir ki, Münhen klubu 70 milyon avroluq təklif alacağı təqdirdə fransızı satmağa razıdır. Forvard Premyer Liqa və La Liqa komandalarından gələn təklifləri nəzərdən keçirmək niyyətindədir.
Bu mövsüm Koman Almaniya çempionunun heyətində 26 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə verib.