"İnter Mayami" KONKAKAF Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda "Monterrey"ə 1:3 uduzub.
 
Matc.az xəbər verir ki, 31-ci dəqiqədə Meksika klubunun hücumçusu Brendon Vaskes hesabı açıb. 58-ci dəqiqədə alman Berterame Monterreyi 2-ci qolu vurub. 64-cü dəqiqədə meksikalı yarımmüdafiəçi Xesus Qallardo hesabı fərqibi artırıb. 85-ci dəqiqədə “İnter Mayami”nin yarımmüdafiəçisi Dieqo Lopez fərqlənib. Beləliklə, Mayami klubu Monterreyə (1:2 və 1:3) uduzaraq KONKAKAF Çempionlar Liqasını tərk edib.
 
"İnter Mayami"nin hücumçusu Lionel Messi bütün matç boyu meydanda olub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest