Polis UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ – “Barselona” matçında (2:3) iki azarkeşi həbs edib. 

Matc.az xəbər verir ki, bu barədə Paris polis prefekturasının mətbuat xidməti məlumat yayıb.
 
Məlumatda qeyd edilib ki, Kataloniyalı azarkeşlər oyun əsnasında nasist salamı verərək meymun təqlidi ediblər. Qeyd edək ki, İspaniyada keçiriləcək cavab qarşılaşması aprelin 16-sı Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest