Mauritsio Sarrinin 2024-25 mövsümündə “Milan”a rəhbərlik etmək şansı azalıb. Matc.az xəbər verir ki, buna səbəb komandanın son vaxtlar uğurlu nəticələr əldə etməsidi.
 
Bu üzdən rəhbərlik hazırkı baş məşqçisi Stefano Pioli ilə bağlı fikrini dəyişib. “Rossonyerlər” Piolinin növbəti mövsüm də postunda qalmasının təfərdarıdı. Komanda 31 turdan sonra A seriyasında ikinci pillədədi və Avropa Liqasında 1/4 final mərhələsində mübarizə aparır.
 
Daha əvvəl bildirilmişdi ki, “Milan” rəhbərliyi Sarri ilə əlaqə saxlayaraq, 65 yaşlı mütəxəssisə müqavilə təklif edib.
 
Qeyd edək ki, Mauritsio Sarri bu ilin martından klubsuzdu. O, karyerası ərzində “Yuventus”, “Napoli”, “Latsio” və “Çelsi” kimi klublarda çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest