“Hazırlığımız aprelin 8-dən başlayıb. 17 futzalçı ilə toplanşa başlamışıq”. Matc.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin qapıçısı Emin Kürdov jurnalistlərə açıqlamasında deyib. 40 yaşlı qolkiper Bakıda təşkil edilən təlim-məşq toplanışını dəyərləndirib.

“Hazırlığımız aprelin 8-dən başlayıb. 17 futzalçı ilə toplanşa başlamışıq”. Matc.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin qapıçısı Emin Kürdov jurnalistlərə açıqlamasında deyib.

40 yaşlı qolkiper Bakıda təşkil edilən təlim-məşq toplanışını dəyərləndirib: “Əsasən fiziki və taktiki plan üzrə hazırlaşırıq. Komandanın 90 faizi gənclərdən ibarətdi. Yeni kollektiv yaranıb. Futzalımızda yeni era başlayıb. 3-4 oyunçumuz debüt edəcək. Onlar yalnız praktiki baxımdan axsaya bilərlər. Ancaq onlar Azərbaycan futzalının gələcəyidi”.

Qolkiper Gürcüstanla keçiriləcək yoldaşlıq görüşlərinin gənclər üçün şans olduğunu düşünür: “Gürcüstanla oyunlarda əsas məsələ uşaqların praktikasıdı. Nəticə o qədər də önəmli deyil. Bundan maksimum yararlanıb yaxşı nəticə qazanmağa çalışacağıq. Bu toplanış qarşıdakı Avropa çempionatına hazırlıq xarakteri daşıyır. Həmin yarışa qədər tam formalaşmağa çalışacağıq”.

Qeyd edək ki, yığmamız aprelin 14-də və 16-da Tbilisidə Gürcüstan millisi ilə iki yoldaşlıq görüşü keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest