12 Aprel 2024, 16:39
FUTBOL
İtaliya növbəti mövsüm Çempionlar Liqasında 5 komanda ilə təmsil oluna bilər. Matc.az xəbər verir ki, bunun artıq gələn həftə rəsmiləşməsi gözlənilir.
Ölkənin 5-ci iştirakçısına ÇL vəsiqəsi verilməsi “Fiorentina” və “Atalanta”dan asılıdı. Bunun üçün “Fiorentina” Konfrans Liqasının 1/4 final mərhələsində “Viktoriya”nı üstələməli, “Atalanta” isə Avropa Liqasının eyni mərhələsində “Liverpul”a uduzmamalıdı.
Bu cütlərin ilk görüşlərində “Fiorentina” səfərdə qolsuz bərabərə qalıb, “Atalanta” isə rəqibin meydanında 3:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Avropa Liqası və Konfrans Liqasında 1/4 final mərhələsinin cavab matçları aprelin 18-də keçiriləcək.