13 Aprel 2024, 14:18
FUTBOL
Futbol üzrə Niderland birinci divizionunun 34-cü turunda Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” evdə PSV-nin ikinci komandasına 2:5 uduzub.
Matc.az xəbər verir ki, Ozan da bu görüşün iştirakçısı olub. O, 90 dəqiqə meydanda olub. Komandasının ilk qolunun məhsuldar ötürməsini də milimizin futbolçusu verib.
“Eyndhoven” hazırda 38 xalla 14-cü pillədə qərarlaşıb.