Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyə Superliqasında növbəti oyununu keçirib.
 
Matc.az xəbər verir ki, onun çıxış etdiyi “Adana Dəmirspor” evdə “Kayserispor”la heç-heçə oynayıb.
 
Start heyətində yer alan Şahruddin qapısını toxunulmaz saxlaya bilib. Oyun 0:0 hesabı ilə başa çatıb.
 
Qeyd edək ki, “Adana Dəmirspor” 32 turdan sonra 40 xalla 11-ci pillədə yer alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest