Türkiyə 1-ci liqasının 30-cu turunda Vüsal İsgəndərlinin çıxış etdiyi “Boluspor” evdə Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyəspor”a 1:0 qalib gəlib.

Matc.az xəbər verir ki, azərbaycanlı futbolçular start heyətdə meydana çıxıblar. Vüsal 59-cu, Coşqun 90+1-ci dəqiqədə əvəzlənib. İsgəndərli bu görüşün 22-ci dəqiqəsində sarı vərəqə də alıb.

30 turdan sonra 46 xalı olan “Boluspor” 7-ci, 34 xalda qalan “Ümraniyəspor” 12-cidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest