14 Aprel 2024, 16:41
FUTBOL
Rahil Məmmədov Polşa çempionatında növbəti oyununu keçirib.
Matc.az xəbər verir ki, onun çıxış etdiyi LKS 28-ci turu qələbə ilə başa vurub.
Lodz klubu öz meydanında “Radomyak”ı 3:2 hesabı ilə məğlub edib. Start heyətində yer alan Rahil 10-cu dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, bu qələbədən sonra LKS Ekstraklasada turnir cədvəlinin son pilləsini tərk edib. Hesabında 21 xal olan Məmmədovun komandası 17-cidir.