“Liverpul” ardıcıl 9-cu ev oyununda qol buraxıb. Matc.az “Opta Sports” sosial şəbəkəsinə istinadən xəbər verir ki, bununla “qırmızılar” klub antirekordunu təkrarlayıb.

Komanda son olaraq Premyer Liqanın XXXIII turunda evdə “Kristal Pelas”a 0:1 hesabı ilə məğlub olub. Yurgen Kloppun yetirmələri həm də İngiltərə çempionatında keçirdiyi son 8 görüşdə ilk yenilgisini alıb.

“Liverpul” buna qədər 1996 və 1999-cu illərdə ardıcıl 9 ev oyununda qapısında qol görmüşdü. Komanda 25 illik antirekordu təkrarlayıb.

Qeyd edək ki, “Liverpul” hazırda İngiltərə çempionatında 71 xalla üçüncü pillədədi. Komanda lider “Mançester Siti”dən 2 xal geri qalır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest