“Bayer”in baş məşqçisi Xabi Alonso Almaniya çempionluğunu qazandıqdan sonra hisslərini bölüşüb. Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis buna görə sevincli olduğunu bildirib.

Lakin Alonso kifayətlənmək fikrində olmadıqlarını vurğulayıb: “Burada olmaq xüsusi bir şeydi. Nəhayət, Almaniya çempionu olduq. Amma biz bununla kifayətlənmir, daha artığını istəyirik. Ölkə kubokunu, Avropa Liqasını qazanmaq barədə düşünürük”.

Qeyd edək ki, Bundesliqanın XXIX turunda “Verder”i darmadağın edən (5:0) “Bayer” çempionluğunu rəsmiləşdirib. Komanda tarixində ilk dəfə ölkə çempionu olub. Leverkuzenlilər həm də 1992-93 mövsümündən sonra ilk kuboku qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest