Joze Mourinyo yenidən İngiltərə çempionatında fəaliyyət göstərə bilər. Matc.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Premyer Liqa klubu “Vest Hem”in maraq dairəsindədi.

London təmsilçisi hazırkı baş məşqçisi David Moyeslə mövsümün sonunda müqavilə başa çatdıqdan sonra yollarını ayırmağı düşünür. İngilislər Mourinyoya artıq ilkin təklif də ediblər.

Qeyd edək ki, portuqaliyalının son klubu bu ilin yanvarında tərk etdiyi “Roma” olub. Mourinyo daha əvvəl “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu”, “Leyriya” və “Benfika”nı da çalışdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest