15 Aprel 2024, 17:23
FUTBOL
“Opta” statistika şirkəti İngiltərə Premyer Liqasında komandaların çempionluq şansını araşdırıb. Matc.az xəbər verir ki, şirkət “Mançester Siti”ni artıq favorit hesab edir.
XXXIII turda “Lyuton”u məğlub edən (5:1) “şəhərlilər” liderliyi ələ keçiriblər. “Arsenal”ın evdə “Aston Villa”ya (0:2), “Liverpul”un isə “Kristal Pelas”a (0:1) uduzması ilə Pep Qvardiolanın yetirmələri 2 xal önə keçib.
Araşdırmaya əsasən “Mançester Siti”nin bu mövsüm çempionluq şansı 70 faizdi. “Arsenal”ın qızıl medal qazanmaq ehtimalı 18%, “Liverpul”un isə 12% təşkil edir.
Qeyd edək ki, Premyer Liqada mövsümün sonuna 5 tur qalıb.