15 Aprel 2024, 19:20
FUTBOL
“Everton” iki xalının silinməsi ilə bağlı apellyasiya şikayəti edib.
Matc.az xəbər verir ki, fevralda klub İngiltərə Premyer Liqasının mənfəət və davamlılıq qaydalarını (PSR) pozduğuna görə komandadan çıxarılan xalların sayının 10-dan 6-ya endirildiyini açıqlamışdı. Apreldə Liverpul təmsilçisindən maliyyə səbəblərinə görə daha iki xal silindi.
Apellyasiya Məhkəməsinin yaxın bir neçə həftə ərzində keçiriləcəyi gözlənilir.