“Mançester Yunayted”in hücumçusu Antoni Marsial yayda klubunu dəyişəcək. Matc.az xəbər verir ki, buna səbəb fransalı futbolçunun az oyun şansı əldə etməsidi.

Bu üzdən həm “qırmızı şeytanlar”ın rəhbərliyi, həm də 28 yaşlı oyunçu özü yolları ayırmağın ən doğru addım olduğunu düşünür. Marsial gələn aydan özünə yeni komanda axtarışına başlayacaq. Çünki hazırda bütün diqqətini zədəsini sağaltmağa yönəldib.

Qeyd edək ki, Antoni Marsial 2015-ci ildən “Mançester Yunayted”də çıxış edir. Onun müqavilə müddəti mövsümün sonuna qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest