“Messi, Pele və Maradona üç dahidi. Ronaldo onlara çox yaxındı. Kriştiano yaxşı oyunçudu, əla qollar vurur"

Əfsanəvi italiyalı mütəxəssis Fabio Kapello maraqlı açıqlama ilə diqqət çəkib. Matc.az xəbər verir ki, 77 yaşlı məşqçi Lionel Messi ilə Kriştiano Ronaldo arasında seçim edib.
 
“Real”ın sabiq çalışdırıcısı vaxtilə bu komandada oynamış portuqaliyalını argentinalıdan zəif hesab edir: “Messi, Pele və Maradona üç dahidi. Ronaldo onlara çox yaxındı. Kriştiano yaxşı oyunçudu, əla qollar vurur. O, titullar və “Qızıl top” qazanıb. Lakin Ronaldo Messi qədər parlaq deyil. O, böyük futbolçudu, amma dahi deyil”.
 
Qeyd edək ki, Fabio Kapello 1996-1997 və 2006-2007 mövsümlərində “Real”a rəhbərlik edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest