“Real Madrid”, “İnter” və Niderland millisinin sabiq futbolçusu Uesli Sneyder “Mançester Yunayted”in cinah oyunçusu Entonini “Koventri” ilə İngiltərə Kubokunun yarımfinal oyunundan sonra davranışına görə tənqid edib.
 
Matc.az xəbər verir ki, görüşün 70-ci dəqiqəsində “Mançester Yunayted” 3:0 hesabı ilə öndə olsa da, “Koventri” oyunu əlavə vaxta apara bilib. Nəticədə mankunianlılar yalnız penaltilər seriyasında qalib gələ biliblər (4:2). Rasmus Hoylundun "Yunayted" üçün qazandığı penaltidən sonra Entoni "Koventri" oyunçularının qabağına qaçıb, onlarla üz-üzə dayanaraq dramatik şəkildə ovuclarını qulaqlarına qoyub.
 
“Entoni etdiyi işdən çox utanmalıdır. O, bunu etmək əvəzinə meydandan kənara çıxmalı idi. Ümid edirəm ki, “Yunayted” finalda 0-5 hesabı ilə uduzacaq” – Sneyder "Ziggo Sport"a açıqlamasında bildirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest