“Milan”ın hücumçusu Olivye Jirunun taleyinə aydınlıq gəlib. Matc.az xəbər verir ki, Fransa millisinin üzvü karyerasını ABŞ-da davam etdirəcək.
 
Çünki 37 yaşlı forvard “Los Anceles”lə anlaşıb. Jiru yeni komandası ilə 2025-ci ilin dekabrına qədər müqavilə bağlayıb. O, Paris-2024 Yay Olimpiya Oyunlarından sonra MLS klubuna qoşulacaq.
 
Qeyd edək ki, Olivye Jiru 2021-ci ildən “Milan”ın şərəfini qoruyur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest