Sabah UEFA Çempionlar Liqasının liqa mərhələsində 4-cü turun oyunlarına start veriləcək. Matc.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində mübarizə aparan ölkə çempionumuz “Sabah” meydana bir gün sonra çıxacaq.
Təmsilçimiz Norveçdə “Vikinq” klubunun qonağı olacaq. Artıq bu oyunu idarə edəcək hakimlər müəyyənləşib. Komandaları baş hakim kimi meydana FİFA referisi Sander van der Eyk çıxaracaq. Nderlandlı hakimə həmyerliləri Rens Bluemink və Stefan de Qrot kömək edəcək. Dördüncü hakim isə Coui Koy olacaq.
"Vikinq" - "Sabah" oyunu noyabrın 4-də gecəyarısı keçiriləcək.
Qeyd edək ki, Eyk sentyabrın 5-də Reykyavikdə DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Azərbaycan yığmaları arasında keçiriləcək oyunu da idarə etmişdi












