Mövsümün sonunda “Çelsi”dən ayrılacağını açıqlayan Tiaqo Silva Londonda qala bilər. Matc.az xəbər verir ki, 39 yaşlı futbolçu paytaxtın digər təmsilçisi “Fulhem”in maraq dairəsindədi.

Adıçəkilən komanda Braziliya millisinin üzvünün köməyi ilə kollektivin gücünə güc qatmaq arzusundadı. Baş məşqçi Marko Silva təkcə bu transferlə kifayətlənmək istəmir. O, “Çelsi”nin digər oyunçusu Trevo Çalobanı da ixtiyarında görmək fikrindədi.

Qeyd edək ki, Tiaqo Silva ilə maraqlanan digər klub Braziliya təmsilçisi “Fluminense”di.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest