Qapıçı Yan Oblakın 10 illik “Atletiko” karyerası başa çatır. Matc.az xəbər verir ki, İspaniya klubu mövsümün sonunda Sloveniya millisinin üzvünü satmağı planlaşdırır.

Madridliləri bu fikrə vadar edən səbəb klubun maliyyə feyr-pley qaydalarını pozmaq riskidi. 31 yaşlı qolkiperin transfer dəyəri təxminən 30 milyon avroya bərabər hesab olunur. Futbolçunun La Liqa təmsilçisi ilə müqaviləsi 2028-ci ilin yayına qədərdi.

Qeyd edək ki, Yan Oblak bu mövsüm “Atletiko”nun heyətində 49 oyunda 64 qol buraxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest