02 May 2024, 20:45
FUTBOL
İngiltərə Premyer Liqasının mətbuat xidməti ayın məşqçisi mükafatına namizədlərin adlarını açıqlayıb.
Matc.az xəbər verir ki, aprelin sonunda mötəbər mükafat uğrunda üç mütəxəssis mübarizə aparır: Mikel Arteta ("Arsenal", 6 oyunda 5 qələbə və 1 məğlubiyyət), Şon Dayş ("Everton", 6 matçda, 4 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət), Xosep Qvardiola ( "Mançester Siti", 5 matçda 5 qələbə).
Qeyd edək ki, Arteta fevral ayının nəticələrinə görə Premyer Liqanın ən yaxşı məşqçisi seçilmişdi. Qvardiola isə bu mövsüm hələ də mükafat almayıb.