03 May 2024, 10:07
FUTBOL
“Hatayspor”da baş məşqçi istefası reallaşıb. Matc.az xəbər verir ki, Superliqa klubunun çalışdırıcısı Volkan Dəmirəl ayrılmağı qərara alıb.
Mütəxəssis bunu klub rəhbərliyinə bildirib. Ancaq istefanın qəbul olub-olmayacağına rəhbərlik qərar verəcək. Hatay təmsilçisi hazırda Türkiyə çempionatında elitada qalmaq uğrunda mübarizə aparır.
Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşov hazırda “Hatayspor”un formasını geyinir. Komanda 34 turdan sonra 33 xalla 18-ci pillədə qərarlaşıb.