Reytinqə qətərli Akram Afif başçılıq edir. “Əl-Sədd”in bombardirinin aktivində 24 qol var. İsveçli Viktor Qyokeres 23, fransalı Kilian Mbappe isə 22 qolla ilk “üçlüy”ün digər sakinləridi.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2024-cü ilin ilk 4 ayında bütün turnirlərdə ən çox qol vuran futbolçuların adlarını açıqlayıb. Matc.az xəbər verir ki, siyahıda 13 və daha çox qolla yadda qalan 45 oyunçu yer alıb.

Reytinqə qətərli Akram Afif başçılıq edir. “Əl-Sədd”in bombardirinin aktivində 24 qol var. İsveçli Viktor Qyokeres 23, fransalı Kilian Mbappe isə 22 qolla ilk “üçlüy”ün digər sakinləridi.

Ən məhsuldar 10 futbolçu:

1. Akram Afif (Qətər, “Əl Sədd”) – 24

2. Viktor Qyokeres (İsveç, “Sportinq”) – 23

3. Kilian Mbappe (Fransa, PSJ) – 22

4. Aymen Hussein (İraq, “Əl Quva) – 19

5. Harri Keyn (İngiltərə, “Bavariya) – 18

6. Conatan David (Kanada, “Lill”) – 17

7. Luk de Yonq (Niderland, PSV) – 17

8. Martin Kauterukkio (Uruqvay, “Sportinq Kristal”) – 17

9. Endi Rayan (Şotlandiya, “Larne”) – 17

10. İmre Badalassi (İtaliya, “Tre Penne”) - 17

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest