Azərbaycan Premyer Liqasının XXXIII turu çərçivəsində keçirilən “Turan Tovuz” - “Zirə” oyunundan (1:2) sonra stimullaşdırıcı lotereya baş tutub. Matc.az xəbər verir ki, lotereya Tovuz klubunun tərəfdaşı “İnci Group of Companies” tərəfindən azarkeşlər arasında keçirilib.

Lotereya nəticəsində 4 növ məişət avadanlığı sahibini tapıb. Əvvəlcədən lototrona yerləşdirilən bilet kötüklərindən 4-ü ardıcıllıqla lototrondan çıxarılıb. Qalib seriyalara malik biletlər uduşlu sayılıb.

“İnci Group of Companies” tərəfindən təqdim olunan məişət texnikalarına Yadigar Kərimov, Ayxan Bağırov, Həsən Əmirov, Murad Hüseynov sahib çıxıblar.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest