“Liverpul” klubun kapitanı Virgil van Daykın gələcək varisini axtarır. Matc.az ingilis mətbuatına istinadən xəbər verir ki, bu istiqamətdə iki əsas namizəd müəyyənləşib.

Bunlar “Nottingem Forest”in 24 yaşlı braziliyalı müdafiəçisi Murillo ilə Dortmund “Borussiya”sının 26 yaşlı almaniyalı kapitanı Niko Şlotterbekdi.

Klubun hər iki futbolçu üçün hələlik rəsmi təklif göndərmədiyi bildirilir, hazırda iş izləmə və gələcək danışıqların şərtlərinin qiymətləndirilməsi mərhələsindədi.

35 yaşlı Van Daykın “Liverpul”la müqaviləsi 2026/27 mövsümünün sonunda başa çatır. Holland müdafiəçi gələn iyulda 36 yaşını qeyd edəcək, klub isə onunla bağlı qərar verməlidir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest