“Əlbəttə! Hər zaman təkmilləşdirmək istədiyiniz tərəflər olur. Şübhəsiz ki, bu, karyeramı bitirməyə qərar verdiyim günə qədər belə olacaq”

“Bavariya” və İngiltərə millisinin hücumçusu Harri Keyn oyununda hələ də təkmilləşdirə biləcəyi məqamlar barədə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, ona belə bir sual verilib: “Qızıl top” mükafatını qazanmış futbolçunun da zəif cəhətləri ola bilərmi?

“Əlbəttə! Hər zaman təkmilləşdirmək istədiyiniz tərəflər olur. Şübhəsiz ki, bu, karyeramı bitirməyə qərar verdiyim günə qədər belə olacaq” -  deyə, Keyn cavab verib.

O, eyni zamanda heç vaxt indiki qədər hərtərəfli oyunçu olmadığını vurğulayıb: “Meydana çıxanda həm fiziki, həm də psixoloji cəhətdən imkanlarımın ən yüksək zirvəsində olduğumu hiss edirəm. Oyunu dərk etməyim, meydandakı məkanı hiss etməyim, düzgün mövqe seçimi, müdafiəçiləri öz üzərimə çəkərək boşluqlar yaratmaq bacarığım və qol vurma qabiliyyətim ən yüksək səviyyədədir. Bunu məşqlərdə, xüsusilə də qol vurma tərzimdə görürəm. Özümü əvvəlkindən daha çox yönlü futbolçu kimi hiss edirəm”.

“France Football” nəşrinin nüfuzlu mükafatına layiq görülmüş 33 yaşlı futbolçu söhbətin sonunda keçmiş qaliblərdən birinin müəyyən bir xüsusiyyətinə sahib olmaq istədiyini etiraf edib: “Əgər Messinin sol ayağı məndə olsaydı, məni saxlamaq demək olar ki, qeyri-mümkün olardı!”

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest