Çempionlar Liqasının II təsnifat mərhələsinin “Linkoln” - “Qarabağ” cütünün AL-dəki mümkün rəqibi də bəlli olub.

Avropa Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Matc.az xəbər verir ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin “Linkoln” - “Qarabağ” cütünün AL-dəki mümkün rəqibi də bəlli olub.

Maraqlıdı ki, bu dueldə məğlub olan komanda Avropa Liqasının III təsnifat mərhələsində "Lüdoqorets" (Bolqarıstan) - "Dinamo" (Belarus) cütünün məğlubu ilə üz-üzə gələcək. “Linkoln” – “Qarabağ” cütünün məğlubu ilk görüşü səfərdə keçirəcək.

Avropa Liqasının III təsnifat mərhələsinin oyunları avqustun 8-də və 15-də gerçəkləşəcək.

Qeyd edək ki, “Linkoln” - “Qarabağ” cütünün qalibi Çempionlar Liqasının III təsnifat mərhələsində məhz "Lüdoqorets" (Bolqarıstan) - "Dinamo" (Belarus) qalibi ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest