Azərbaycanın UEFA Gənclər Liqasındakı təmsilçisi “Sabah” bu gün Çempionlar yolunun II təsnifat mərhələsində ilk oyununa çıxacaq. Matc.az xəbər verir ki, “Sabah”ın U-19 komandası İsveçrədə yerli “Bazel” kollektivinin qonağı olacaq.

St. Yakob-Park stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu komandalar arasında cavab matçı noyabrın 6-da Bakıda baş tutacaq.
UEFA Gənclər Liqası
II təsnifat mərhələsi, ilk oyun
23 oktyabr
21:00. “Bazel” (İsveçrə) – “Sabah” (Azərbaycan)
Hakimlər: Patrik Kolariç, Luka Pajiç, İvan Starçeviç (hamısı Xorvatiya), Hayrim Qovanaj (İsveçrə)
St. Yakob-Park stadionu