23 Oktyabr 2024, 10:31
FUTBOL
“İnter Mayami”nin kapitanı Lionel Messi MLS-də ayın oyunçusu seçilib. Bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.
37 yaşlı argentinalı oktyabrda MLS-in adi mövsümündə 3 oyun keçirib, 5 qol vurub, 1 məhsuldar ötürmə verib.
Messi liqa tarixində ehtiyat oyunçular skamyasından meydana çıxaraq üç qol vuran və bir məhsuldar ötürmə verən ilk oyunçu olmaqla, bütün dövrlərin MLS rekorduna imza atıb. O, həm də “İnter Mayami” tarixinin bombardiri olub. Argentinalı futbolçu klubda 33 qol vurub.
Qeyd edək ki, “İnter Mayami” 34 matçda 74 xal toplayaraq, MLS-in qalibi olub.