Bu mövsüm İspaniya La Liqasında cəmi 8 komanda “Barselona”nın hücumçusu Robert Levandovskidən çox qol vurub. Matc.az xəbər verir ki, Polşa millisinin üzvü X turda “Sevilya” ilə oyunda dubla imza atıb.

Bununla 36 yaşlı futbolçu cari mövsüm ölkə çempionatındakı qol sayını 12-yə çatdırıb. Levandovski hazırda La Liqanın 11 klubundan – “Mayorka”, “Betis”, “Rayo Valyekano”, “Real Sosyedad”, “Sevilya”, “Jirona”, “Espanyol”, “Xetafe”, “Leqanes”, “Valyadolid” və “Valensiya”dan çox qol vurub.

Qeyd edək ki, “Sevilya”nı 5:1 hesabı ilə məğlub edən “Barselona” 27 xalla turnir cədvəlinə başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest