Futbol üzrə Azərbaycan Kubokunda 2024/25 mövsümündə II təsnifat mərhələsinin oyun cədvəli müəyyənləşib. Matc.az xəbər verir ki, mərhələnin 2 oyunu “CBC Sport” telekanalı vasitəsilə, digərləri isə “AzPFL” yutub kanalında canlı yayımlanacaq.

Futbol üzrə Azərbaycan Kubokunda 2024/25 mövsümündə II təsnifat mərhələsinin oyun cədvəli müəyyənləşib. Matc.az xəbər verir ki, mərhələnin 2 oyunu “CBC Sport” telekanalı vasitəsilə, digərləri isə “AzPFL” yutub kanalında canlı yayımlanacaq.

2-ci təsnifat mərhələsində iştirak edən II Liqa klublarının (“Ağdaş”, “Şahdağ Qusar”, “Dinamo”) ev oyunlarını keçirdiyi stadionlar Misli Premyer Liqasında çıxış edən klubları qəbul etmək tələblərinə cavab vermədiyi üçün iştirakçı klubların razılığı ilə oyunlar elitada çıxış edən klubların stadionunda  keçiriləcək.

İmişli şəhər stadionunda aparılan təmir və yenidənqurma işləri ilə əlaqədar olaraq “İmişli” – “Cəbrayıl” oyunu Şamaxı OİK stadionunda baş tutacaq.

Azərbaycan Kuboku

II təsnifat mərhələsi

28 oktyabr (bazar ertəsi)

20:00. “Turan Tovuz” – “Hypers Guba”

Tovuz şəhər stadionu

29 oktyabr (çərşənbə axşamı)

14:00. MOİK – “Şimal”

“Kapital Bank Arena” (ehtiyat meydança)

16:00. “Şahdağ Qusar” – “Araz-Naxçıvan”

“Liv Bona Dea Arena”

16:00. “Ağdaş” – “Kəpəz”

Tovuz şəhər stadionu

18:00. “Dinamo” – “Səbail”

“ASCO Arena”

30 oktyabr (çərşənbə)

14:00. “Şamaxı” – “Şəmkir”

Şamaxı şəhər stadionu

14:00. “Mingəçevir” – “Zaqatala”

Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu

14:00. “Qaradağ Lökbatan” – “Karvan”

Lökbatan OİK stadionu

15:00. “Şəfa” – “Difai”

“ASK Arena”

31 oktyabr (cümə axşamı)

14:00. “İmişli” – “Cəbrayıl”

Şamaxı OİK stadionu

15:00. “Qəbələ” – “Baku Sportinq”

Qəbələ şəhər stadionu

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest