“Real”ın müdafiəçisi Antonio Rudiger gələcəyi ilə bağlı qərarını verib. Matc.az xəbər verir ki, Almaniya millisinin üzvü Səudiyyə Ərəbistanına yollanmaq niyyətindədi.

Rudiger böyük müqavilə üçün ekzotik çempionata keçməkdə qəbahət görmür. Ancaq o, gələn yay “Real”dan ayrılmaq niyyətində deyil. “Kral klubu”nda sözləşməsinin sonuna qədər çıxış etdikdən sonra bu addımı atmağı planlaşdırır.

Qeyd edək ki, Antonio Rudigerin “Real”la müqaviləsi 2026-cı ilə qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest