23 Oktyabr 2024, 12:47
FUTBOL
AFFA İntizam Komitəsi Əvəzedicilər liqasının X turunda keçirilən iki oyunla bağlı cəzalarını açıqlayıb. Matc.az xəbər verir ki, “Qarabağ” və “Sumqayıt”ın əvəzedici komandası cəzaya məruz qalıb.
“Qarabağ-2” “Kəpəz-2” ilə görüşdə futbolçu limitini, “Sumqayıt-2” isə “Turan Tovuz-2” ilə qarşılaşmada legioner limitini pozub.
Həm “Qarabağ-2”, həm də “Sumqayıt-2”yə 0:3 hesablı texniki məğlubiyyət verilib və 400 manat cərimə kəsilib.