AFFA İntizam Komitəsi aşağı yaş qrupu liqalarında keçirilən oyunlarla bağlı qərarlar verib.

Matc.az xəbər verir ki, U-15 Liqasında keçirilən “Zirə” – “Kəpəz” görüşündə qonaqların məşqçisi İlqar Hüseynov köməkçi hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılması səbəbindən 5 oyunluq cəzalanıb.

U-10 Liqasında baş tutan “Ahmedoğlu” – “Muğan” qarşılaşmasında isə birincilərin köməkçi məşqçisi Şəhruz Salmanov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına, texniki zonadan uzaqlaşdırıldıqdan sonra da hakimi təhqir və hədə-qorxu gəlməyə davam etdiyinə görə 5 oyunluq diskvalifikasiya olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest