Yankoviç Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda sabah "Ayaks"la keçiriləcək matçdan öncə mətbuat konfransında iştirak edib.
“Böyük klublara qarşı çox oynamışıq. Hər cür nəticə qeydə alına bilər. Futbolun gözəlliyi də məhz bundadı”. Matc.az xəbər verir ki, bu sözləri "Qarabağ" klubunun futbolçusu Marko Yankoviç deyib.
Yankoviç Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda sabah "Ayaks"la keçiriləcək matçdan öncə mətbuat konfransında iştirak edib.
29 yaşlı yarımmüdafiəçi meydana yaxşı nəticə üçün çıxacaqlarını qeyd edib: “Keçmişdə keçirdiyimiz oyunlar onu göstərir ki, “Qarabağ” hər bir komandaya qarşı oynaya bilər. Sabah qalib gələ də bilərik, uduza da, heç-heçə edə də. Əsas odu ki, meydanda əlimizdən gələni edək, azarkeşlərimizi qane edəcək, yaxşı oyun göstərək. Nəticə bizim üçün yaxşı olacağına ümid edirəm".
Qeyd edək ki, oktyabrın 24-də baş tutacaq “Qarabağ” - “Ayaks” matçı saat 20:45-də start götürəcək.