Madrid “Real”ı itki ilə üzləşib. Matc.az xəbər verir ki, “kral klubu”nun futbolçusu Rodriqo Qoes zədələnib.

Braziliyalı hücumçu Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda Dortmund "Borussiya"sı ilə görüşdə zədələnib. 23 yaşlı futbolçu bud nahiyəsindən xəsarət alıb.

Rodriqo bir müddət yaşıl meydanlardan kənarda qalacaq. Onun La Liqanın 11-ci turunda "Barselona" ilə matçda iştirak etməyəcəyi dəqiqdi.

Qeyd edək ki, "Real" - "Barselona" qarşılaşması oktyabrın 26-da, saat 23:00-da "Santyaqo Bernabeu" stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest