23 Oktyabr 2024, 17:10
FUTBOL
İsveç klubuna “Roma" ilə oyunda (1:0) azarkeşlərin pirotexniki vasitələrdən istifadəsinə görə 50 min avro cərimə kəsilib.
Avropa Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Elfsborq" klubu UEFA tərəfindən cərimələnib. Matc.az xəbər verir ki, bu barədə məlumat Avropa futbol qurumunun rəsmi saytında yayılıb.
İsveç klubuna “Roma" ilə oyunda (1:0) azarkeşlərin pirotexniki vasitələrdən istifadəsinə görə 50 min avro cərimə kəsilib. Bundan əlavə, klubun avrokuboklardakı ev oyunlarında qapı arxasındakı tribunaların qismən bağlanması qərara alınıb.
"Qarabağ"ın dekabrın 11-də səfərdə qarşılaşacağı "Elfsborq" klubuna 2 illik sınaq müddəti də qoyulub.