23 Oktyabr 2024, 17:46
FUTBOL
“Yuventus” rəhbərliyi komandanın qapıçısı Mattiya Perinlə yeni müqavilə imzalayıb. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 31 yaşlı qolkiper 2027-ci ilin yayınadək “Yuventus”un uğurları üçün çalışacaq.
Qeyd edək ki, M.Perin 2018-ci ildən Turin təmsilçisinin formasını geyinir.