İspaniya La Liqasında oktyabrın ən yaxşı futbolçusu mükafatına namizədlərin adları açıqlanıb.

Matc.az xəbər verir ki, mükafat uğrunda beş futbolçu mübarizə aparacaq.

"Atletiko"dan (Madrid) Antuan Qrizmann (2 oyunda 1 məhsuldar ötürmə), "Barselona"dan Robert Levandovski (2 oyunda 5 qol), "Real Sosyedad"dan Mikel Oyarzabal (2 oyunda 1 qol, 1 məhsuldar ötürmə), "Real"dan (Madrid) Vinisius Junior (2 oyunda 2 qol) və "Atletik"dən (Bilbao) Aleks Berenqer (2 oyunda 1 qol, 3 məhsuldar ötürmə) oktaybrın ən yaxşı futbolçusu olmağa namizəddirlər.

Qeyd edək ki, ötən ay La Liqanın ən yaxşı oyunçusu "Barselona"dan Lamin Yamal seçilmişdi.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest