24 Oktyabr 2024, 01:17
FUTBOL
İspaniyanın Madrid "Atletiko"sunun baş məşqçisi Dieqo Simeone La Liqada ilkə imza atıb.
Matc.az xəbər verir ki, 54 yaşlı mütəxəssis ölkə çempionatları tarixində 1000 xal toplayan yeganə baş məşqçi kimi tarixə düşüb. Argentinalı çalışdırıcının aktivində 1002 xal var.
Qeyd edək ki, Dieqo Simeone 2011-ci ildən "Atletiko"ya rəhbərlik edir.