24 Oktyabr 2024, 09:22
FUTBOL
"Mançester Siti" Çempionlar Liqasında tarixi rekorda imza atıb. Matc.az xəbər verir ki, “şəhərlilər” buna Liqa mərhələsinin 3-cü turunda "Sparta"ya (Praqa) qalib gəlməklə (5:0) nail olublar.
Xosep Qvardiolanın komandası ÇL-də yalnız 90 dəqiqə nəzərə alınmaqla ardıcıl 26 matçda uduzmayıb.
Qeyd edək ki, əvvəlki rekord "Mançester Yunayted"ə məxsus olub. "Mankunianlar" Aleks Ferqyusonun baş məşqçi olduğu dövrdə ardıcıl 25 görüşdə məğlub olmamışdı.