"Leyptsiq" rəhbərliyi komandanın futbolçusu Kastello Lyukeba ilə yeni müqavilə bağlayıb. Matc.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı fransalı müdafiəçinin sözləşməsinin müddəti 2029-ci ilin iyununa qədər uzadılıb. Buna səbəb onunla bir çox klubun yaxından maraqlanması olub.

Qeyd edək ki, Lyukeba cari mövsümdə mövsüm "Leyptsiq"in heyətində 9 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest