24 Oktyabr 2024, 10:56
FUTBOL
“Barselona”nın futbolçusu Pedri Çempionlar Liqasının 3-cü turunda “Bavariya” üzərində böyükhesablı qələbəni (4:1) şərh edib. Matc.az xəbər verir ki, o, komandanın baş məşqçisi Hans-Diter Flikin bu qalibiyyətdəki rolundan danışıb.
“Baş məşqçi bizi ən yüksək səviyyədə rəqabət apara biləcəyimizə inandırır. Biz meydanda nə etməli olduğumuzu aydın şəkildə dərk edirik. Komandada rəqabət yüksək səviyyədədi. Bu da “Barselona”nı daha güclü edir”, - deyə o bildirib.
Qeyd edək ki, bu görüşdə “Barselona”nın heyətində Rafinya het-trik edib, digər qola isə Robert Levandovski imza atıb.