Yığma komandaların növbəti FİFA reytinqi açıqlanıb. Matc.az xəbər verir ki, Azərbaycan millisi ötən ayla müqayisədə reytinq cədvəlində 5 pillə geriləyib.

Belə ki, aktivində 1161,80 xal olan yığmamız dünyada 118-cidi. Geriləməyə millimizin Millətlər Liqasındakı məğlubiyyətləri səbəb olub. Səfərdə Estoniyaya, Bakıda isə Slovakiyaya 1:3 hesabı ilə uduzan komandamız 113-cü pillədən 118-ci yerə düşüb.

Qeyd edək ki, FİFA reyinqində birinci yerdə Argentina qərarlaşıb. Cənubi amerikalıların aktivində 1883,50 xal var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest