24 Oktyabr 2024, 12:40
FUTBOL
"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda İsveçin "Elfsborq" klubunu 4:3 hesabı ilə məğlub etdiklərini oyunu dəyərləndirib. Matc.az xəbər verir ki, 51 yaşlı mütəxəssis nəticədən razı qaldığını deyib.
"İlk dəfə 3-4-1-2 sistemi ilə oynadıq. Birinci hissədə hər şeyi doğru edirdik. 4 qol vurduq, amma 8-9 dəfə fərqlənə bilərdik. İkinci hissədə 3:2 olanda istər-istəməz komandada qorxu yarandı. Rəqib yaratdığı təhlükəli hücumlardan maksimum yararlandı. Müdafiədə daha etibarlı oynamalıyıq”, - deyə O.Buruk bildirib.
Qeyd edək ki, "Elfsborq" Azərbaycan təmsilçisi "Qarabağ"ın da Avropa Liqasının Liqa mərhələsindəki rəqiblərindəndi.