24 Oktyabr 2024, 12:55
FUTBOL
UEFA B kateqoriyalı fitnes məşqçilik kursunun II mərhələsi keçirilib
AFFA-nın təşkilatçılığı ilə UEFA B kateqoriyalı fitnes məşqçilik kursunun II mərhələsi keçirilib. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat yayılıb.
Üç gün çəkən məşğələlərə UEFA təlimatçısı Fritz Şmid və yerli təlimatçılar Aslan Kərimovla Osman Rəhimov rəhbərlik ediblər. Tədbirin son günündə “ASK Arena”da praktiki məşq olub.
Qeyd edək ki, məşqçilik kursunun növbəti mərhələləri dekabr və yanvar aylarında təşkil olunacaq.