24 Oktyabr 2024, 15:41
FUTBOL
“Keşlə”nin (indiki “Şamaxı”) sabiq baş məşqçisi Yuri Maksimovun yeni iş yeri bəlli olub. Matc.az xəbər verir ki, ukraynalı mütəxəssis karyerasını ölkəsində davam etdirəcək.
Adı Azərbaycan klubları ilə birgə hallanan çalışdırıcı “Vorskla”nın sükanı arxasına keçib. Maksimov yeni komandası ilə 2026-cı ilin yayına qədər müqavilə imzalayıb. Bir müddət əvvəl onun “Sumqayıt”a keçidi müzakirə mövzusu idi.
Qeyd edək ki, Yuri Maksimov 2017-18 mövsümündə “Keşlə”ni çalışdırıb. O, paytaxt klubu ilə Azərbaycan Kubokunu qazandırıb.