24 Oktyabr 2024, 17:54
FUTBOL
“Bavariya” rəhbərliyi kapitan Coşua Kimmixlə yeni müqavilə bağlayacağına əmindi. Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano paylaşım edib.
Onun sözlərinə görə, danışıqlar tam sürətlə gedir və yarımmüdafiəçi ötən mövsümlə müqayisədə yeni sözləşmənin müzakirəsinə indi daha açıqdı. PSJ-yə keçidi baş tutmayan Almaniya millisinin üzvünün hazırda başqa variantı yoxdu.
Qeyd edək ki, 29 yaşlı futbolçu 2015-ci ildən “Bavariya”nın formasını geyinir.